Muarem Muarem yenidən Azərbaycanda

Muarem Muarem yenidən Azərbaycanda
12:42 2 Yanvar 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Muarem Muarem Azərbaycan klubu ilə anlaşıb. Fanat.az xəbər verir ki, bu barədə "Yeni Malatyaspor"un idman direktoru Ali Ravcı məlumat verib.


Klub rəsmisi bildirib ki, makedoniyalı futbolçunun "Yeni Malatyaspor"a keçidi baş tutmayıb: "Muaremlə bir müddət idi danışıqlar aparırdıq. Lakin transfer baş tutmadı. Çünki o, Azərbaycan klublarından biri ilə anlaşıb".


Qeyd edək ki, Muarem 2012-2015-ci illərdə "Qarabağ"da çıxış edib. O, bir müddət əvvəl "Eskişəhərspor"dan ayrılıb. Makedoniyalı futbolçunun "Qarabağ"a dönməsi istisna deyil.


Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-muarem-muarem-yenidn-azrbaycanda-t46546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR