Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının bəzi qəsəbələri işıqsız qalıb

Bakının bəzi qəsəbələri işıqsız qalıb

Date: 2 January 2016 12:42

"Bakı və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur". 

Bunu APA-ya açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
O bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq Bakının Mehdiabad və Masazır qəsəbəsində enerjinin verilişində kiçik problemlər mövcuddur: "Belə ki, hava veriliş xətlərində problemlər var. Əməkdaşlarımız hazırda iş başındadır və yaranmış problemin aradan qaldırılması istiqamətində operativ fəaliyyət göstərirlər".
 
T. Mustafayev əlavə edib ki, müəyyən qəsəbələrdə fərdi evlərə enerji verilişində də kiçik qəzalar baş verib və hazırda aradan qaldırılır.

Milli.Az


Tags:  Bakının bəzi qəsəbələri işıqsız qalıb


RƏYLƏR


Top news