Gəncədə silah tapılıb

Gəncədə silah tapılıb
12:44 2 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 42 yaşlı Zeynalov Xəqani Əsgər oğlu Gəncə şəhər Atatürk prospektində şübhəli şəxs kimi saxlanılıb.

 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, şöbədə onun üzərinə baxış keçirildiyi zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb.

 

Əvvəllər də Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə məhkumluq həyatı yaşamış X.Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən, evdən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, üzərində olan sandıqca və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb.

 

Bundan başqa Gəncə şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlalov Xaliq Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.

 

X.Cəlalov əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR