Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 85 santimetrə çatıb

Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 85 santimetrə çatıb

Cəlilabadda evləri su basdı (23 Fevral 2017 14:32)
Lerikdə qar 1 metri keçdi - Həyat iflic olub - FOTO (18 Fevral 2017 10:37)
Lerikdə qar uçqunu: bəzi kəndlərlə əlaqə kəsildi - FOTO (17 Fevral 2017 11:38)

Tarix: 2 Yanvar 2016 12:53


Quba, 2 yanvar, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrində qarın hündürlüyü 80 santimetrdən çoxdur. Güclü qarın yağması ilə əlaqədar yollarda avtomobillərin hərəkəti çətinləşib.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Qırız kəndinə 84, Xınalığa 82, Quba şəhərinə isə 43 santimetr hündürlüyündə qar yağıb. Qusar rayonunun Ləzə kəndində qarın hündürlüyü 85, rayon mərkəzində 50, Xaçmazda 29, Siyəzəndə isə 20 santimetrdir. Dağlıq ərazilərə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb.
Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bir neçə ucqar dağ kəndinə gedən yolun bağlandığı bildirilib. Hazırda Bakı-Quba və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun qardan təmizlənməsi üçün texnika eləcə də canlı qüvvə cəlb olunub.
Qusar rayonunda isə ucqar Sudur kəndi istiqamətində gedən yolun bağlanması səbəbindən bir neçə kəndlə əlaqə kəsilib.
 



Teqlər:  Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrində qarın hündürlüyü 85 santimetrə çatıb



RƏYLƏR


Top xəbərlər