Türkiyədə bir polis əməkdaşı şəhid olub

Türkiyədə bir polis əməkdaşı şəhid olub
12:58 2 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 2 yanvar, AZƏRTAC
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda Kürd Fəhlə Partiyası (PKK) mənsubları tərəfindən bir mənzildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində bir polis əməkdaşı şəhid olub.
Türkiyə KİV-lərinin məlumatına görə, baş vermiş hadisədə yaralanan biri polis, digəri əsgər olmaqla iki nəfərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyede_bir_polis_emekdasi_sehid_olub-915869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR