Sərnişin avtobusu: "Məni yu"

Sərnişin avtobusu: "Məni yu"
13:18 2 Yanvar 2016
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu (17 Aprel 2017 12:57)
Bakıda sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı (10 Aprel 2017 11:29)
Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var - FOTO (10 Aprel 2017 11:27)

Məftun Salmanov – Trend:

Adətən şəxsi minik maşınlarında gördüyümüz “məni yu” ifadəsi Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslar üçün daha çox keçərlidir. Sərnişin avtobusları nəinki xaricdən, hətta daxildən də su üzünə həsrət qalıb.

Avtobus su ilə yuyulmaq baxımından xaricdən insan və Allahın, daxildən isə təkcə insanın ümidinə qalıb. Təbiət arabir göydən yağış səpələyərək bu nəqliyyat vasitələrini yuduğu halda, insanın ümidinə qalan hissə isə pis münasibət görür.

Kir və pasın içində olan sərnişin avtobuslarımız bu yaxınlarda xəbəri yayılan 60 il yuyunmayan iranlı qocanı xatırladır. Bəlkə də avtobusları ölkəmizə gətirən şirkətlər onları su üzünə həsrət qoymaqla özünəməxsus sınaq testindən keçirir, kim bilir?

Bəlkə də şirkətlər suya qənaət etməklə Afrikada su üzünə həsrət qalan insanlarla həmrəylik nümayiş etdirirlər. Yəqin, sahibkarlar öz aləmlərində fikirləşirlər ki, qara qardaş və bacılarımızın su tapmadığı bir vaxtda mən niyə Afrikada qızıl dəyərində olan maye ilə hər hansı çirkli avtobusu yuyum?

Amma bu eksperimentin uğurlu alındığını söyləmək olmaz. Bizi mənzil başına sağ-salamat çatdırmalı olan bu avtobuslar elmə məlum olan və olmayan müxtəlif zərərli bakteriya, virus, mikro və makroorqanizmlərin çoxalıb artdığı münbit məkana çevrilib.

Biz ünvana salamat çatsaq da, sadalanan gözlə görünməyən canlılar bizim orqanizmə düşməklə sonradan müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Avtobusları Bakıya gətirənlər bu faktı da nəzərə almalıdır. Salamatçılıq təkcə xaricdən deyil, həm də daxildən olmalıdır.

Görənlər bilir, görməyənlər üçün: Sərnişin avtobuslarının oturacaqları elə acınacaqlı vəziyyətdədir ki, sanki ora atom bombası atılıb. Oturacaqların üz və arxa hissələrinə kəsici və deşici alətlərlə xətər yetirilib. Onlardan kirlilik, çirklilik, eybəcərlik, üfunət iyi və buna bənzər bir çox ürəkbulandırıcı şeylər yağır. Amma onların üzərinə su yağmır ki, yağmır.

Belə bir yerə “odnoraziviy” əlcəklər və ağzın üstünü örtməklə daxil olmaq ən salamatıdır. Bu həm də həmin sərnişin avtobuslarının ruhuna uyğun gəlir. Təsvir edilən oturacaqlarda oturmaq məsləhət görülmür. Paltarlarınız vasitəsilə evdəkilərə və digərlərinə bakteriyalar “hədiyyə” etmiş olarsınız.

Amma səyyar bakteriya avtobuslarının “müsbət” tərəfləri də ola bilər. Əvvəla, bura Azərbacan Milli Elmlər Akademiyasının gənc alimləri üçün tədqiqat obyektinə və səyyar laboratoriyasına çevrilə bilər. Kim bilir, gənc alimlərimizdən biri burada elmə məlum olmayan bakteriya növü taparaq dünya tibb aləmində səs salacaq, yaxud daha da uzağa gedərək “Nobel” mükafatına layiq görüləcək. Bilmək olmaz.

Digər müsbət cəhət isə “Safeguard” və “Protex” kimi bakteriya əleyhinə məhsullar satan şirkətlərin nümayəndələrinin həmin avtobuslarda ekskursiya aparması imkanıdır. Onlar burada əyani şəkildə yeni bakteriya növlərini aşkar edərək məhsullarının bakteriya davamlılığını daha da artıra bilərlər. Bu, həmin şirkətlərin ölkəmizə investisiya yatırması və öz müəssisələrini açması ilə nəticələnə bilər.

Deyəsən, həmin sərnişin avtobusları Bakıya gətirən sahibkarların “uzaqgörən” siyasəti məhz buna hesablanıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ casusunun Moskva MACƏRALARI - VİDEO

25 Aprel 2017 12:38

Ölmüş qadına yazılan eşq məktubu

25 Aprel 2017 12:38

Azərbaycanda yaşayış evlərinin mehmanxana kimi istifadə edilməsi mümkün olacaq

25 Aprel 2017 12:37

Azərbaycanın neft-qaz sektoruna indiyədək 92 mlrd. dollar sərmayə yatırlıb

25 Aprel 2017 12:37

Türkiyənin baş naziri: “Yaxın aylarda hökumətdə dəyişiklikləri müzakirə edəcəyik”

25 Aprel 2017 12:37

İnnovativ virtual reallıq kamerası nümayiş olunub

25 Aprel 2017 12:35

Məşhur rok ifaçı ölümcül virusa yoluxdu

25 Aprel 2017 12:34

"Real" Zidanı göndərsə, onu gətirməyi planlaşdırır

25 Aprel 2017 12:32

Azərbaycanda qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılıb

25 Aprel 2017 12:31

Azərbaycan XİN "İndependent" qəzetində dərc edilmiş məqaləyə cavab verib

25 Aprel 2017 12:31

Qadının burnundakı nöqtəyə 15 saniyə baxın

25 Aprel 2017 12:31

Əziz Seyidov Ali Məhkəməyə hakim gedir

25 Aprel 2017 12:29

Gənc Tamaşaçılar Teatrının may repertuarı - CƏDVƏL

25 Aprel 2017 12:27

Parlament "Yol hərəkəti haqqında" qanununa dəyişiklik edib

25 Aprel 2017 12:26

“Goranboy Gips” səhmdarlarına hesabat verəcək

25 Aprel 2017 12:26

Bakıda 6 ailəyə məxsus evlər sökülüb, tikinti şirkəti iddialara münasibət bildirib

25 Aprel 2017 12:26

Milli Məclisin gündəliyi dəyişdi

25 Aprel 2017 12:25

Tanınmış müğənninin yaşama şansı qalmayıb

25 Aprel 2017 12:24

Cennifer Lopesin valehedici yaz stili - FOTOLAR

25 Aprel 2017 12:23

İşıq idarələrinə xüsusi tapşırıq verildi - FOTO

25 Aprel 2017 12:22

"Başqa yollarla məşhurlaşdım" - Müğənnidən MARAQLI ETİRAF

25 Aprel 2017 12:22

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI

25 Aprel 2017 12:18

Teo Uiks "Ermis"ə qayıdır

25 Aprel 2017 12:17

Bakıda qıcolmadan öldüyü bildirilən şəxsin avtomobillə vurulduğu MƏLUM OLDU

25 Aprel 2017 12:17

Milli Məclisdə nələr müzakirə ediləcək? - SİYAHI

25 Aprel 2017 12:17

Evinizin rahatlığı üçün yeni imkan - FOTO

25 Aprel 2017 12:17

Ağciyər xərçənginin qarşısını alan içki - SADƏ RESEPT

25 Aprel 2017 12:17

Milli Məclisin növbəti plenar iclası başlayıb

25 Aprel 2017 12:17

BƏƏ Gənclər və İdmanın İnkişafı Baş İdarəsinin işçisi "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

25 Aprel 2017 12:16

Milli Məclis idarəetmə sistemində yeni struktur və vəzifələrin yaradılması ilə bağlı layihəni qəbul edib

25 Aprel 2017 12:16

MİDA 4 şirkətlə müqavilə bağlayıb

25 Aprel 2017 12:16

BAKIDA FİLM KİMİ HADİSƏ: polis özünü öldürmək istəyən şəxsi belə xilas etdi - TƏFƏRRÜAT

25 Aprel 2017 12:14

Oqtay Əsədov qanun layihəsini gündəlikdən çıxardı

25 Aprel 2017 12:13

Venesuelada ÜSYAN: ölənlərin sayı 24-də çatdı

25 Aprel 2017 12:13

Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib

25 Aprel 2017 12:12

Rusiyada terror aktlarının sayı artıb

25 Aprel 2017 12:12

""Mançester Yunayted"lə hakimsiz oynamaq istərdim"

25 Aprel 2017 12:12

Azərbaycan məktəblərində dərs olmayacaq

25 Aprel 2017 12:12

Allahşükür Paşazadə sabah Finlandiyaya gedəcək

25 Aprel 2017 12:11

Olland erməniləri pərt elədi: “Qarabağ...”

25 Aprel 2017 12:08

Atəşkəsi pozan erməni əsgər öldürüldü

25 Aprel 2017 12:07

Qatarın önündən çaya atılırlar - Yeni, qorxulu "dəb" - FOTO

25 Aprel 2017 12:05

Ermənilərə qan udduran yəhudi balası - FOTO

25 Aprel 2017 12:05

Alimlərdən MARAQLI TƏCRÜBƏ: itlə insanı...

25 Aprel 2017 12:03

Prokuror Bakıda polis mayorunu bıçaqlayan şəxslərə cəza istəyib

25 Aprel 2017 12:02

Milli Məclisin plenar iclası başlayıb

25 Aprel 2017 12:02

​İt kimi darıxmaq, eşşək kimi içmək...

25 Aprel 2017 12:02

Polis mayorunu öldürmək istəyənə 16 İL HƏBS TƏLƏBİ

25 Aprel 2017 11:59

Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü

25 Aprel 2017 11:59

"Azərsığorta"nın Tovuz filialının direktorunu öldürən şəxs tutuldu

25 Aprel 2017 11:58