Qazaxda mal-qara arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Qazaxda mal-qara arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır
13:18 2 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 2 yanvar, AZƏRTAC
Qazax rayonunda mal-qara arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır.
Rayon baytarlıq idarəsindən AZƏRTAC-a bildirilib ki, təhlükəli xəstəliklərdən sayılan dabaq heyvanların çəkisinin, südünün azalmasına, ağız boşluğunda və dırnaqlarında yaraların yaranmasına səbəb olur. Belə problemlərdən qorunmaq üçün rayonda iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb. Görüləcək tədbirlər çərçivəsində 31 minə yaxın iribuynuzlu, 141 minə yaxın xırdabuynuzlu heyvan peyvənd ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_mal_qara_arasinda_yoluxucu_xesteliklere_qarsi_profilaktik_tedbirler_aparilir-915871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR