Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jozeyə təhqir kimi təklif

Jozeyə təhqir kimi təklif

Date: 2 January 2016 13:32

Bu yaxınlarda "Çelsi"dən ayrılan Joze Mourinyonun hansı klubu çalışdıracağı maraqla gözlənilir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis şok təklif alıb.
 
Belə ki, Ginnesin Rekordlar Kitabına "dünyanın ən uğursuz komandası" kimi düşən Braziliya təmsilçisi "İbis" Mourinyoya rəsmi təklif göndərib. Rəsmi sənəddə Mourinyonun qarşısına qoyulan şərtlər də yazılıb. Hətta zəif çıxış təqdirində onunla yolların ayrılacağı da qeyd edilib.
 
Qeyd edək ki, "İbis" 3 il 11 ay qələbə üzü görməməklə Ginnesin Rekordlar Kitabına düşüb. Klubun emblemində "Pior Time do Mundo" (dünyanın ən uğursuz komandası) yazısı da yazılıb.

Milli.Az


Tags:  Jozeyə təhqir təklif

RƏYLƏR


Top news