Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qarlı hava sabah da davam edəcək? - proqnoz

Qarlı hava sabah da davam edəcək? - proqnoz

Havalar isinir - PROQNOZ (24 Mart 2017 12:39)
Sabah hava necə OLACAQ? (18 Mart 2017 12:43)
Sabah paytaxtda 15°, bölgələrdə 17° isti olacaq (14 Mart 2017 12:58)

Tarix: 2 Yanvar 2016 14:06

Azərbaycanda qarlı-şaxtalı hava şəraiti sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarmadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.


Teqlər:  Qarlı hava sabah davam edəcək proqnoz



RƏYLƏR


Top xəbərlər