Dünyanın ən uğursuz komandası Mourinyonu istəyir

Dünyanın ən uğursuz komandası Mourinyonu istəyir
14:09 2 Yanvar 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda “Çelsi”dən ayrılan Joze Mourinyonun hansı klubu çalışdıracağı maraqla gözlənilir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis şok təklif alıb.

 

Belə ki, Ginnesin Rekordlar Kitabına “dünyanın ən uğursuz komandası” kimi düşən Braziliya təmsilçisi “İbis” Mourinyoya rəsmi təklif göndərib. Rəsmi sənəddə Mourinyonun qarşısına qoyulan şərtlər də yazılıb. Hətta zəif çıxış təqdirində onunla yollar ayrılacağı da qeyd edilib.

 

Qeyd edək ki, “İbis” 3 il 11 ay qələbə üzü görməməklə Ginnesin Rekordlar Kitabına düşüb. Klubun emblemində “Pior Time do Mundo” (dünyanın ən uğursuz komandası) yazısı da yazılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR