Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güclü qar Göyçay rayonunun bir hissəsini işıqsız qoyub

Güclü qar Göyçay rayonunun bir hissəsini işıqsız qoyub

Date: 2 January 2016 14:17

Bakı. 2 yanvar. REPORT.AZ/ İki gündür Göyçay rayonuna fasiləsiz yağan güclü qar bir sıra fəsadlar törədib. 
"Reprort"un xəbərinə görə, ötən gün axşam saatlarında güclənən qar bir neçə kənddə elektirik və rabitə xətələrini qıraraq sıradan çıxıb, dirəklər aşıb. Eyni zamanda, bəzi kənd yollarında avtomabillərin hərəkətində çətinliklər yaranıb. Rayon Elektirik Şəbəkəndən verilən məlumata görə, hazırda rayonda bütün kəndlərində briqadalar çalışır. Rayon mərkəzinin bir hissəsi elektirik enerjisi təmin olunub. Digər ərazilərdə işlər gedir.
Rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, Qarayazı, Qarabaqqal, Bığır, Çayarxı, Ləkçıplaq, Alpout, Mırtı, Mirzəhüseynli və Ərəb kəndlərində elektirik naqilləri qırılıb. Bununla yanaşı rayonda bir neçə evin damı, istixanalar qarın ağırlığına tab gətirməyək çöküb.
Qeyd edək ki, rqarın yağması hələ də davam edir. Göyçay ərazisində qarın hündürlüyü 20 sm, dağlıq və dag ətəyi kənd və ərazilərdə 25-30 sm-dir.




Tags:  Güclü qar Göyçay rayonunun hissəsini işıqsız qoyub

RƏYLƏR


Top news