Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dolların məzənnəsi futbol hakimlərimizin Antalya səfərini təxirə saldı

Dolların məzənnəsi futbol hakimlərimizin Antalya səfərini təxirə saldı

Date: 2 January 2016 14:24

Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulan ənənəvi qış təlim-məşq toplanışı ləğv olunub.

 

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

 

O bildirib ki, toplanış Bakıda keçiriləcək. X.Məmmədovun sözlərinə görə, hakimlər qış toplanışı paytaxtda keçirəcək Premyer Liqa klublarının yoxlama görüşlərini idarə edəcəklər: "Bizə lazım olan oyunların olmasıdır. Klublarımızdan bir neçəsi Bakıda qalacaq. İnanıram ki, hakimləri sınaqdan keçirmək üçün kifayət qədər oyunlar olacaq".

 

X.Məmmədov Antalya toplanışının ləğv olunması səbəblərini də açıqlayıb: "Çətinliklər var. Amma bir amili də nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə münasibətlərinə görə, rusların xeyli sayda klubu Türkiyəyə gəlməyəcək. Bu da qış təlim-məşq toplanışı üçün Antalyaya az sayda komandanın gəlcəyini deməyə əsas verir. Üstəlik planın dəyişməsinə dolların məzənnəsinin qalxması da səbəb olub".

 

Qeyd edək ki, azərbaycanlı hakimlər 2009-cu ildən qış toplanışını Antalyada keçiriblər.


Tags:  Dolların məzənnəsi futbol hakimlərimizin Antalya səfərini təxirə saldı

RƏYLƏR


Top news