Bir ailə bozbaşın, digəri isə pomidorun "qurbanı" oldu

Bir ailə bozbaşın, digəri isə pomidorun "qurbanı" oldu
14:52 2 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.
 
Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki  kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri - bozbaş və digər yeməklər yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.
 
Tovuz rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü ev şəraitində hazırladıqları pomidor turşusundan zəhərləniblər. Onlar botulizm diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR