Həmrəylik günü və Yeni il münasibətilə İstanbulda möhtəşəm konsert

Həmrəylik günü və Yeni il münasibətilə İstanbulda möhtəşəm konsert
15:03 2 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 2 yanvar, AZƏRTAC
Tanınmış azərbaycanlı pianoçu İslam Manafovun övladları, beynəlxalq müsabiqələr laureatları, pianoçu-bəstəkar və hazırda məşhur italyan maestro Antonio Pirollinin sinfində orkestr dirijorluğu üzrə təhsil alan Abuzər və Turan Manafzadələr 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İstanbulda konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Manafzadələr əvvəlcə böyük romantik bəstəkar Şopenin piano üçün solo əsərlərini, daha sonra isə bir piano arxasında ikisi bərabər Alman bəstəkar Bramsın 4 əllə çalmaq üçün bəstələdiyi macar rəqslərini səsləndiriblər. Sonra Manafzadələr öz bəstələri ilə səhnəni canlandırıblar. Öz mahnılarını pianoda ifa edən Turan Manafzadə həm də məlahətli səsi ilə tamaşaçılara xoş anlar bəxş edib.
Sonda İslam Manafov və övladları bir pianoda 3 nəfər birlikdə ifa edərək konserti möhtəşəm bir çıxışla başa vurublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemreylik_gunu_ve_Yeni_il_munasibetile_Istanbulda_mohtesem_konsert-915878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR