Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu dünyanın Barışı - VİDEO

Bu dünyanın Barışı - VİDEO

Date: 2 January 2016 15:12

Bu gün Barış Mançonun doğum günüdür. 

Milli.Az xəbər verir ki, türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi ifaçısı, televiziya aparıcısı Barış Manço 1943-cü ildə İstanbulun Üsküdar məhəlləsində dünyaya göz açıb. 1999-cu il fevralın 1-də dünyasını dəyişib. 

O, Türkiyədə rok musiqisinin qabaqcıllarından, Anadolu rok növünün qurucularından sayılır. Musiqiyə Qalatasaray Liseyində olarkən başlayıb. Ali təhsilini Belçika Kral Akademiyasında tamamlayıb. Bəstələdiyi 200-dən çox mahnısı ona 12 qızıl və bir platin albom və kaset mükafatı qazandırıb. Bu mahnıların bir hissəsi daha sonra ərəb, bolqar, flamand, alman, fransız, ivrit, ingilis, yapon və yunan dillərində oxunub. 

Barış Manço bir çox mahnılarını gündəlik həyatından götürüb. "Domates, Biber, Patlıcan" buna bir nümunədir. Hazırladığı "7-dən 77-yə" televiziya proqramıyla dünyanın bir çox ölkəsinə getmiş, bu səbəblə "Sülh Çələbi" olaraq adlandırılmışdı.

Milli.Az


Tags:  dünyanın Barışı VİDEO


RƏYLƏR


Top news