Türk ordusundan savaş HESABATI: Cizrə, Sur və Silopidə 261 terrorçu öldürülüb

15:29 2 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb

 

 

Türkiyənin Cizrə, Sur və Silopi bölgələrində bu günədək 261 PKK terrorçusu öldürülüb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Şırnakın Cizrə rayonunda davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib, 3 təşkilat mənsubu isə sağ ələ keçirilib. Sözügedən bölgədə öldürülən terrorçuların sayı 179-a çatıb.

 

Silopidə aparılan əməliyyatda isə 5 terrorçu zərərsizləşdirilib. Silopidə məhv edilən terrorçuların ümumi sayı 27 olub.

 

Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, üç barrikada məhv edilib. Əməliyyatlarda 55 PKK terrorçusu zərərsizləşdirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR