İsmayıllıda 7 aydır bu polisi axtarırlar

İsmayıllıda 7 aydır bu polisi axtarırlar
15:42 2 Yanvar 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda 63 yaşlı kişi itkin düşüb. Milli.Az APA-ya istinadən bildirir ki, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı Rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.

Uzun illər DİN-in Baş Mühafizə İdarəsinin İsmayıllı rayon bölməsinin əməkdaşı olan və təqaüdə çıxan serjant Bəxtiyar Nəsirovu görən şəxslərin bu nömrələrə zəng etmələri xahiş olunur. Mobil: 070 679 21 73, Ev: 2028 5 38 06
  
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR