Metroda gənclərin yersiz hərəkəti idmançını coşdurdu - VİDEO

Metroda gənclərin yersiz hərəkəti idmançını coşdurdu - VİDEO
15:52 2 Yanvar 2016
474 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda bir neçə gənc oğlanın yersiz hərəkətləri idamançı bir sərnişini özündən çıxarıb. Oxucular criminal.az-a məlumat veriblər ki, dünən axşam saatlarında metronun ''Həzi Aslanov'' stansiyasından şəhər istiqamətdə gələn qatarda 3 gənc yersiz hərəkətlər edib. Onlar yerə uzanaraq idman hərəkətləri edib, bir-birləri ilə fəndlər işlədirmişlər. 

Onların hərəkəti başqa bir sərnişini özündən çıxarıb. İdman cüssəli sərnişin onlara yaxınlaşaraq qatarda əxlaqlı olmağı məsləhət görüb. İlk olaraq həmin gənclər onlara irad tutan oğlanla əlbəyaxa olmaq istəsələr də, sonradan qarşılarındakının qulaqlarının qırıq və güləşçi cüssəli olduğunu gördükdən sonra şirin dillərini işə salaraq səhvləri başa düşdüklərini etiraf ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR