Ağcabədidə yolların buz bağlamasının qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür

16:03 2 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 2 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Dekabrın 31-dən başlayaraq havaların qarlı keçməsi ilə əlaqədar Ağcabədi rayon Yol İstismar İdarəsinin kollektivi gücləndirilmiş iş rejimə keçib.
AZƏRTAC xəbər verir ki, yolların buz bağlamasının qarşısının alınması, magistral yollarda və Ağcabədi şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülür. Yanvarın 1 və 2-də səhər tezdən idarənin texnikaları yolların qardan təmizlənməsinə səfərbər olunub. Yollara, prospekt və küçələrə duz, qum səpilir, xüsusi texnikaların köməyi ilə əhalinin sıx olduğu ictimai yerlər və yollar qardan təmizlənir. Görülən tədbirlər sayəsində insanların rahat gediş-gəlişi və nəqliyyatın normal hərəkəti təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_yollarin_buz_baglamasinin_qarsisinin_alinmasi_istiqametinde_lazimi_tedbirler_gorulur-915884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR