Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavinindən istindaqa cəlb olunması ilə bağlı açıqlama

Nazir müavinindən istindaqa cəlb olunması ilə bağlı açıqlama

Date: 2 January 2016 16:11

Səhiyyə nazirinin müavini Elsevər Ağayev istintaqa cəlb olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazir müavini ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Mən heç bir istindaqa cəlb olunmamışam. Yayılan məlumatların hamısı yalandır”.

Bu günlərdə Səhiyyə nazirinin müavini Elsevər Ağayevin “MTN işi” ilə bağlı Baş Prokurorluqda dindirildiyi barədə məlumatlar yayılıb.

Yayılan məlumata görə, nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub. Şikayət deyilib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov 2006-cı ildə Adil Məmmədovdan hər il 1milyon dollar pul tələb edib.

Adil Məmmədov öz növbəsində məsələ ilə bağlı Elsevər Ağayeva şikayət edib. Buna cavb olara nazir müavinin “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?” - deyə cavab verdiyi iddia edilir.

Oktyabrın 17-də Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri


Həbs olunanlar arasında MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovda var.

“MTN işi” ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.


Akif Çovdarov - həbs edilən sabiq MTN əməkdaşı


Keçmiş nazir Eldar Mahmudovun yeri bəlli oldu
Eldar Mahmudovun qudası da saxlanıldı
Eldar Mahmudov üzə çıxdı
Eldar Mahmudovun ailə biznesi
Həbs edilən MTN zabitlərinin adları açıqlandı


Tags:  Nazir müavinindən istindaqa cəlb olunması bağlı açıqlama


RƏYLƏR


Top news