Hakimlərin Türkiyə toplanışının ləğvinin səbəbi açıqlandı

Hakimlərin Türkiyə toplanışının ləğvinin səbəbi açıqlandı
16:27 2 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulan ənənəvi qış təlim-məşq toplanışı ləğv olunub. Fanat.az "Report"a istinadən xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.


O bildirib ki, toplanış Bakıda keçiriləcək. X.Məmmədovun sözlərinə görə, hakimlər qış toplanışı paytaxtda keçirəcək Premyer Liqa klublarının yoxlama görüşlərini idarə edəcəklər: "Bizə lazım olan oyunların olmasıdır. Klublarımızdan bir neçəsi Bakıda qalacaq. İnanıram ki, hakimləri sınaqdan keçirmək üçün kifayət qədər oyunlar olacaq".


X.Məmmədov Antalya toplanışının ləğv olunması səbəblərini də açıqlayıb: "Çətinliklər var. Amma bir amili də nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə münasibətlərinə görə, rusların xeyli sayda klubu Türkiyəyə gəlməyəcək. Bu da qış təlim-məşq toplanışı üçün Antalyaya az sayda komandanın gəlcəyini deməyə əsas verir. Üstəlik planın dəyişməsinə dolların məzənnəsinin qalxması da səbəb olub".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hakimlrin-turkiy-toplannn-lvinin-sbbi-acqland-t46548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR