Hillari Klinton mərc üçün içki içməyindən danışıb

17:24 2 Yanvar 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton etiraf edib ki, senator Con Makkeynlə ən çox araq içmək üstündə yarışıb.

 

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd olmuş H.Klinton bildirib ki, əvvəllər də mərc üçün “araq yarışları”nda iştirak edib.

 

Keçmiş birinci xanım qeyd edib ki, C.Makkeyn ona meydan oxuduqdan sonra araq içmək qərarına gəlib: “Aramızda siyasi fikir ayrılıqları olsa da, masa arxasına keçərək araq içməyə başladıq. “Yarış” hər ikimiz araq içməyi dayandırmaq qənaətinə gəldikdən sonra dayandı. Fikrimcə, o zaman ikimiz də araq içməkdə öz həddimizə çatmışdıq”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR