Qobustan rayonunun dağ kəndləri ilə əlaqə kəsilib

Qobustan rayonunun dağ kəndləri ilə əlaqə kəsilib
17:42 2 Yanvar 2016
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Güclü qar nəticəsində Qobustan rayonun bir neçə kəndi ilə rayon mərkəzi arasında əlaqə kəsilib.
"Report"-un xəbərinə görə, Qobustan rayonunun ucqar dağ kəndləri olan Xilmilli, Naburxilmilli, Qaracüzlü, Sündü, Təkləmirzəbaba, Qurbançı və Ərəbşahverdi ilə əlaqə kəsilib.
Hazırda sözü gedən kəndlərə heç bir nəqliyyat vasitəsi ilə hərəkət etmək mümkün deyil.
Elektirik enerjisinin verilişində də fasilələr yaransa da günün ikinci yarısında enerji təminatını bərpa etmək mümkün olub.
Hazırda Qobustan rayon ərazisinə qar yağmasa da küləkli və şaxtalı hava şəraiti hökm sürür. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qobustan-rayonunun-dag-kendleri-ile-elaqe-kesilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR