Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ata oğlunun üstündə oturub qəddarcasına öldürdü

Ata oğlunun üstündə oturub qəddarcasına öldürdü

Date: 2 January 2016 17:52

ABŞ-ın Florida ştatının sakini, 31 yaşlı Ceyms Dirman öz altı yaşlı oğlunun komüter oyunlarına görə öldürüb.

Oxu.az Sky News-a istinadən xəbər verir ki, hadisə Milad bayramından əvvəl baş verib.

Həbs edilən Dirmanın rəfiqəsi polisə bildirib ki, kompüter oyunlarına başı qarışan ata 2 oğlunu yatmağa göndərib. Lakin uşaqlar yatmayıblar və səs salmağa başlayıblar.

Ceyms uşaqları cəzalandırmaq üçün onları divarın küncünə qoyaraq, çevrilməməyi tapşırıb. Lakin balaca oğlunun göstərişlərə əməl etməməsini Dirmanı əsəbləşdirib. O, uşağı divana uzadaraq onun üstünə oturub. Oğlunun qışqırmasına baxmayaraq, ata oynamağa davam edib. Nəticədə 6 yaşlı uşaq havasızlıqdan ölüb. Bütün bunlar onun böyük qardaşının gözləri qarşısında baş verib.

Hadisənin səbəblərini araşdıran polislər baş verənləri eşidəndə şoka düşüblər. Vilayətin şerifi uşağın qətlini "qəddarlıq və  insanlığa sığmayan hərəkət adlandırıb". 

Hal-hazırda Dirman türmədə öz məhkəməsini gözləyir.

Milli.Az


Tags:  Ata oğlunun üstündə oturub qəddarcasına öldürdü


RƏYLƏR


Top news