İbra İngiltərəyə köçür?

İbra İngiltərəyə köçür?
18:05 2 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu isveçli forvardın meneceri Mino Rayola deyib.
 
O bildirib ki, Zlatan Premyer Liqaya uyğun futboçudur: "Şəxsən mən onu İngiltərədə görmək istəyirəm. Çünki Premyer Liqa güc, texnika, atmosfer baxımından əsl onluqdur. Zlatan karyerasında ilk dəfə azad agent statusu daşıyacaq. Bu üzdən də seçim sadəcə onun özünə məxsusdur. Hazırda təkliflər çoxdur. Bir çox layihələrlə bağlı klublardan dəvətlər var. Onlar arasında Premyer Liqa komandaları da var. İbrahimoviç mövsümün sonuna qədər PSJ-nin formasını geyinəcək və yay fasiləsində seçimini edəcək".
 
Qeyd edək ki, Zlatan İbrahimoviç PSJ-yə 2012-ci ildə "Milan"dan keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR