Cerard bu il karyerasını bitirəcək

Cerard bu il karyerasını bitirəcək
18:19 2 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

 

 

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard karyerasını bitirəcəyi tarixi açıqlayıb. Apasport.az saytının məlumatına görə, hazırda “Los Anceles Qalaksi” klubunun formasını geyinən yarımmüdafiəçi bu il futboldan getmək fikrindədi.

 

Cerrard 2016-cı ilin onun karyerasının son ili olacağını bildirib: “Bu ilin dekabr ayında müqavilə müddətim başa çatacaq. Hələ qəti qərarım olmasa da, hesab edirəm ki, həmin vaxt karyeramı bitirmək daha yaxşı olar. Bu üzdən də deyə bilərəm ki, bu, mənim futbolçu karyeramın son ili olacaq”.

 

35 yaşlı futbolçu butslarını mıxdan asdıqdan sonra da futboldan ayrılmayacağını açıqlayıb: “Karyeramın sonu olduğundan artıq məşqçilik lisenziyası barədə düşünməyə başlamışam. Sevimli komandam “Liverpul”a məşqçi kimi dönməyi çox istərdim. Amma bu məsələdə Yurgen Kloppun qərarı əsas rol oynayacaq. İngiltərə Futbol Federasiyasında və ya hər hansı bir kanalda futbol şərhçisi kimi də çalışa bilərəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR