47 adam iki il ölümünü gözlədi

47 adam iki il ölümünü gözlədi
18:22 2 Yanvar 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Terrorçuluqda ittiham olunan 47 nəfər haqqında ölüm hökmü icra edilib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, haqqında edam cəzası çıxarılan şəxslər arasında "Əl-Qaidə" terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var. 

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.
 
Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.

Milli.Az 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR