Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı-Balakən qatarı Qax stansiyasında qaldı

Bakı-Balakən qatarı Qax stansiyasında qaldı

Date: 2 January 2016 18:22

Bakı. 2 yanvar. REPORT.AZ/ Respublikanın şimal-qərb bölgəsində Dekabrın 31-dən etibarən intensiv olaraq yağan qar bir sıra problemlərlə bərabər dəmir yollarında da gediş gəlişdə məhdudiyyətlər yaradıb.
Belə ki, bugün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən qatar, Qax rayonun girəcəyindəki Kötüklü dəmir yol stansiyasında qalıb.
Güclü qarın yağması nəticəsində sərnişinlərlə dolu olan qatarın irəliləyişində bir sıra problemlər yaranıb. Qatarda Qax, Zaqatala və Balakən rayonundan olan sərnişinlər olub.
Qax rayon rəhbərliyi,qatarın yolda qalması məlumatını aldıqdan sonra təcili olaraq lazımi tədbirlər görüb. Belə ki,soyuq hava şəraitində sərnişinlərin yolda qalmaması üçün 3 avtobus ayrılıb. Həmin avtobuslar ilə təqribən 200 sərnişin Qax, Zaqatala və Balakən rayonlarına yola salınıb.
Daha sonra isə Qax rayon dəmir yolu stansiyasında qalan qatarın Zaqatala dayanacağına yola salınması üçün texnika və canlı qüvvələr səfərbər olaraq relslər qar və ağac parçalarından təmizlənib.
Qax satansiyasının rəisi Vahid Aslanovun "Report"-a bildirib ki, bel hal ilk dəfəd yaşanır.
Axşam saat 17 radələrində qatar son dəmir yol dayanacağı olan Balakən rayonuna yola salınıb.

Tags:  Bakı-Balakən qatarı Qax stansiyasında qaldı

RƏYLƏR


Top news