Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qiyməti qaldırdılar, əhali nəqliyyatda pulsuz gəzdi

Qiyməti qaldırdılar, əhali nəqliyyatda pulsuz gəzdi

Date: 2 January 2016 18:32

Bu gün Londonda metro, avtobus və şəhərətrafı qatarlarda gediş pulsuz olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ödəniş sistemində baş verən nasazlıqdır.
 
Ödəniş sistemində olan nasazlıq səbəbindən nəqliyyatda bütün turniketlər açılıb. Həmçinin London avtobuslarında da turniket sistemi işləmir.

Mənbənin məlumatına görə, nəqliyyatın iflic olmasından London on minlərlə funt ziyan çəkəcək. Maraqlıdır ki, bu növbəti dəfə nəqliyyat tariflərinin qaldırılmasından bir gün sonra baş verib. Şəhər nəqliyyat idarəsi isə hadisəni "texniki nasazlıq" adlandırıb.

Milli.Az
 


Tags:  Qiyməti qaldırdılar əhali nəqliyyatda pulsuz gəzdi


RƏYLƏR


Top news