Neçə saat yatmaq təhlükəlidir?

Neçə saat yatmaq təhlükəlidir?
18:47 2 Yanvar 2016
165 Sosial
Ölkə mətbuatı
A- A+

Alimlər gündə 9 saatdan artıq yatmağın ömrü qısaltdığını və ölüm riskini artırdığını açıqlayıblar. 

Milli.Az Publika.az-a istinadən bildirir ki, Sidney Universitetinin professorlarının apardığı araşdırma yuxunun orqanizmi xəstə etdiyini ortaya çıxarıb. 
 
Belə ki, normadan artıq olan yuxunun ən azı siqaret və spirtli içki aludəçiliyi, sağlam qidalanmamaq, oturaq həyat tərzi keçirmək qədər zərərli olduğu bildirilib. 
 
Alimlərin sözlərinə görə, bir insan altı il müddətində hər gün doqquz saatdan çox yatsa, ölüm riski 44 faiz artar. 
 
Maraqlıdır ki, gündə yeddi saatdan az yatmaq isə ölüm riskini doqquz faiz azaldır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/394827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR