Şimal-Qərb bölgəsinə güclü qar fəsadlara yol açıb

Şimal-Qərb bölgəsinə güclü qar fəsadlara yol açıb
18:52 2 Yanvar 2016
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 2 yanvar. REPORT.AZ/ Güclü qar respublikanın Şimal-Qərb bölgəsində fəsadlara səbəb olub. 
"Report" xəbər verir ki, Qax rayonunda qar Turaclı kəndinə də ziyan vurub. Kənd sakini Nəcəf Mirzəyev "Report"-a bildirib ki, həyətində tikdirdiyi altıaçıq gecə saatlarında qarın ağırlığına tab gətirməyərək çöküb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Güclü qar səbəbi ilə şimal-qərb bölgəsindı elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Səhər saatlarından etibarən Balakənin və Zaqatalanın bir çox kəndlərində elektrik verilişi kəsilib.
Qax rayonunun kəndlərinə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayansa da sonra problem aradan qaldırılıb. Dağ kəndlərinə gedən yollar səhər saatlarında nəqliyyat vasitələrinin hərəkəti dayansa da sonradan texnika vasitəsi ilə yollar qardan təmizlənib. Qax rayonunun İlisu kəndində qarın qalınlığı 1 metr 20 santimetrə çatıb. İlisuda temperatur mənfi 6-7 dərəcədir.






Xəbərin orijinal ünvanı: http://report.az/hadise/simal-qerb-bolgesine-guclu-qar-fesadlara-yol-acib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR