Yeni dövlət qurmaq üçün Türkiyənin cənubuna hücuma keçdilər

Yeni dövlət qurmaq üçün Türkiyənin cənubuna hücuma keçdilər
19:17 2 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

PKK-nın Suriya qolu olan PYD Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin nəzarətindəki iki kəndə hücum edib. Milli.Az Publika.az-a istinadən bildirir ki, PYD Teneb və Keştear kəndlərini öz nəzarətinə götürüb. Kənddəki yüksək binalara snayperlər yerləşdirilib.

Suriya müxalifətinin Şam cəbhəsinin komandiri Muammad Ahmed bildirib ki, onlar İŞİD-lə mübarizə apardıqları bir vaxtda PYD fürsətdən istifadə edərək əks cəbhədən zərbələr endirir. 
 
"PYD-nin məqsədi Hələbin şimalındakı Kobani ilə Afrin arasındakı bölgənin nəzarətini ələ keçirmək və Hələbdə müxaliflərə gələn yardımın qarşısını almaqdır. Onların Kobani ilə Afrin zonasını bir-birinə bağlamaq niyyəti var. Biz buna imkan verməyəcəyik", - deyə o qeyd edib.
 
Qeyd edək ki, Suriyanın Şimalında yerləşən Kobani ilə Afrin bölgəsi arasındakı müxaliflərə aid ərazinin PYD tərəfindən tutulması Türkiyənin strateji hədəfləri üçün ciddi zərbə ola bilər. Burada məqsəd, həmçinin, Şimali İraq Kürdüstanı ilə bu əraziləri birləşdirərək, Aralıq dənizinə çıxış əldə etmək, gələcəkdə isə Türkiyənin cənub sərhədlərində dövlət qurmaqdır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/turkey/394831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR