İŞİD-dən Ermənistana ilk zərbə

İŞİD-dən Ermənistana ilk zərbə
19:32 2 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanın "Zvartnots" aeroportunda terrorçu saxlanılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Rusiyanın RİA-Novosti agentliyi məlumat yayıb.

Polisin yaydığı məlumata görə, saxlanılan Bəhreyn vətəndaşı terrorçuluqda təqsirləndirilir.

"Saxlanılan şəxs öz vətənində qətlə cəhddə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində, terrorçuluqda və kütləvi itaətsizlik tədbirlərinin təşkilində təqsirləndirilir", - deyə yayılan məlumatda bildirilib.
Saxlanılan şəxs İrəvan polisinin təcridxanasına aparılıb. Həmçinin onun saxlanılması ilə bağlı Baş Prokurorluğa və İnterpolun Ermənistan bürosuna məlumat verilib.
Tutulan terrorçunun İŞİD-lə əlaqəsinin olması istisna edilmir. Çünki Bəhreyndən İŞİD terror təşkilatına kifayət qədər insan qoşulub. Bəhreynli terrorçuların bəziləri Türkiyə - Suriya sərhədində saxlanılıb. Hətta bəzi mənbələr Bəhreyn hakimiyyətinin terrorçulara 12 milyon dollar maliyyə yardımı göstərdiyini bildirir Bəhreyn vətəndaşlarının adı dünyada baş verən bəzi terror hadisələrində hallanır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR