"McDonald's" ən böyük restoranını bağladı

"McDonald's" ən böyük restoranını bağladı
20:05 2 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

"McDonald's" restoranlar şəbəkəsinin ABŞ-da yerləşən dünyada ən böyük restoranı bağlanıb.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Tass Agentliyi məlumat yayıb.
 
Qapılarını müştərilərin üzünə bağlayan restoran Florida ştatında yerləşir və 1976-cı ildən fəaliyyət göstərir. Bura həmçinin məşhur "Disneyland" əyləncə mərkəzi də daxil idi.
 
"McDonald's" rəhbərliyi isə restoranın bağlanmasını onun yerində yeni binanın tikilməsi ilə əlaqələndirib. Məlumata görə, yeni restoranın ərazisi 1750 kv metr olacaq.
 
Qeyd edək ki, "McDonald's"  şirkəti 1940-cı ildə yaradılıb. Şirkətin illik gəliri 27 milyard dollardır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR