Tacikistan MDB ölkələri ilə əlaqələri daha da dərinləşdirmək istəyir

Tacikistan MDB ölkələri ilə əlaqələri daha da dərinləşdirmək istəyir
20:08 2 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 2 yanvar, AZƏRTAC 
Tacikistanın xarici işlər naziri Sirodjiddin Aslov Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin səfirləri ilə görüşüb. Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov da iştirak edib.
Nazir bildirib ki, ölkə rəhbərliyi postsovet məkanında yerləşən dövlətlərlə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. O deyib: Ölkələrimiz arasında tarixən xoş münasibətlər və yaxın dostluq ənənələri mövcud olub və biz bu münasibətləri davam etdirmək niyyətindəyik.
S.Aslov ölkədə baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək göstərən dövlətlərə Tacikistan Hökuməti adından minnətdarlıq edib. Diqqətə çatdırıb ki, tacik xalqı ona yardım əli uzadan dövlət rəhbərlərinin bu humanist addımını yüksək qiymətləndirir.
Nazir Yeni il bayramı münasibəti ilə səfirləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Tacikistanla MDB ölkələri arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda dərinləşdirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi dekabrın-27-də Tacikistanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndərib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistan_MDB_olkeleri_ile_elaqeleri_daha_da_derinlesdirmek_isteyir-915903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR