Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qar Azərbaycanda turizm zonalarını iflic edib

Qar Azərbaycanda turizm zonalarını iflic edib

Date: 2 January 2016 20:37

Bakı. 2 yanvar. REPORT.AZ/ Yağan qar respublikanın turizm zonalarını iflic edib. "Report"un xəbərinə görə, ən çox qar Şahdaq Qış-Yay Turizm Kompleksinin ərazisinə yağıb.
Bura gələn turistlər yolların bərbad olmasına görə geri qayıdıblar. İki sutkadan artıq yağan qar Şahdağa gələn turistlərə mane olub. Geri qayıdan turistlər rayon ətrafı turizm obyektlərində Quba və Qusardakı otellerə üz tutublar. Hətda gecə saatlarında heç bir otellerdə yer olmayıb.
Şahdaq-Qış-Yay Turizm Kompleksinin yolları buz bağladığına görə turistlərin əksəriyyəti geri qayıtmağa məcbur olub.
Turizm kompleksindən verilən məlumata görə az turisti görmək olar ki, onlarda ötən günlərdən gələnlərdir. hətda bəzi turistlər öz avtomobilləri ilədə qəzaya uğrayıblar.
Şahdaq Turizm Kompleksindən verilən məlumata görə qarın yağması Turizm kompleksində durğunluq yaşandığını bildirirlər.













Tags:  Qar Azərbaycanda turizm zonalarını iflic edib

RƏYLƏR


Top news