Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bloomberq 2016-cı ildə ABŞ dollarının möhkəmlənəcəyini proqnozlaşdırır

Bloomberq 2016-cı ildə ABŞ dollarının möhkəmlənəcəyini proqnozlaşdırır

Date: 2 January 2016 20:57

Bakı. 2 yanvar. REPORT.AZ/ Bloomberq agentliyi 2016-cı ildə ABŞ dollarının əsas rəqiblərinə nisbətən daha da möhkəmlənəcəyini proqnozlaşdırır.
Belə bir proqnozu agentliyin sorğusuna cəlb olunan ekspertlər irəli sürüblər. Analitiklər əmindirlər ki, 2016-cı ilin sonlarında ABŞ dolları 10 əsas dünya valyutasının 7-sinə nisbətən əhəmiyyətli dərəcədə möhkəmlənəcək. Bu sırada yalnız Kanada dolları, Britaniya funt-sterlinqi və Norveç kronu istisna təşkil edəcək.
ABŞ dollarına nisbətdə ən çox Yeni Zelandiya dollarının (7,9 faiz), İsveçrə frankının (5,9 faiz) və Avstraliya dollarının (5,5 faiz) məzənnəsi aşağı düşəcək. Danimarka və İsveç kronu təxminən 5 faiz, yapon yeni 3,5 faiz, avro isə 2,9 faiz ucuzlaşacaq.
Ekspertlər ABŞ dollarının əhəmiyyətli dərəcədə möhkəmlənməsini federal ehtiyatlar sisteminin son 9 ildə ilk dəfə olaraq faiz dərəcəsini yüksəltməsi ilə izah edirlər.

Tags:  Bloomberq 2016-cı ildə ABŞ dollarının möhkəmlənəcəyini proqnozlaşdırır

RƏYLƏR


Top news