Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanında şiələr etiraza qalxdı

Səudiyyə Ərəbistanında şiələr etiraza qalxdı

Məryəm kişilərin yanında başıaçıq gəzdi, qamçılana bilər - FOTO (24 Mart 2017 10:42)
5 milyon miqrant bu ölkədən çıxarılacaq (12 Mart 2017 12:23)
5 milyon miqrant bu ölkədən çıxarılacaq (12 Mart 2017 11:57)

Tarix: 2 Yanvar 2016 21:37

Səudiyə Ərəbistanında şiə müsəlmanlar eiraz aksiyası keçiriblər. Ölkənin şərqində yerləşən El-Katif şəhərində küçələrə çıxan insanlar terrorçuluğa görə həbs edilən, şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrinin edam olunmasına öz etirazlarını bildiriblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, etirazçılar hakim kral sülaləsi əleyhinə şüarlar səsləndiriblər

Öz növbəsində Bağdaddan olan şiə din xadimi Muktad əl-Sədr İraq hakimiyyətini ölkədə Səudiyyə Ərəbistanının səfirliyini bərpa etmək ideyasından imtina etməyə çağırıb.

Digər bir din xadimi isə deyib ki, Ayətullah Nemr Bakır ən-Nəmrinin edamı şiələrlə sünnilər arasında nifaqı gərginləşdirməyə yönəlib və regionda onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Bir daha xatırladaq ki, Səudiyyə Ərəbistanında müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfər edam edilib. Onların arasında şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin də olub.
Milli.Az


Teqlər:  Səudiyyə Ərəbistanında şiələr etiraza qalxdı



RƏYLƏR


Top xəbərlər