Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurbanov ən yaxşılar sırasında

Qurbanov ən yaxşılar sırasında

Date: 2 January 2016 21:51

Dünyanın ən yaxşı baş məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, “World Coach Ranking”in açıqladığı siyahıda Azərbaycandan iki məşqçi yer alıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1 pillə irəliləyərək 490-cı yerə yüksəlib. Onun aktivində 1238 xal var. Keçən il tarixində ilk dəfə "Qəbələ"ni Avropa liqasının qrup mərhələsinə çıxaran baş məşqçisi Roman Qriqorçuk isə mövqeyini qoruyub. Aktivində 937 xal olan ukraynalı mütəxəssis 606-cı pillədə qərarlaşıb.


Roman Qriqorçuk

Qeyd edək ki, siyahıya “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir - 18896 xal. Aktivində 13198 xalı olan “Sevilya”da Unay Emeri ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü "Bavariya"dan Xosep Qvardiola qapayır - 13021 xal.

Tags:  Qurbanov yaxşılar sırasında

RƏYLƏR


Top news