Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov 490-cı oldu

Qurban Qurbanov 490-cı oldu

Date: 2 January 2016 21:57

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri sıralamasında 490-cı yerdə qərar tutub.
Milli.Az apasport.az-a istinadən bildirir ki, ağdamlıların çalışdırıcısının aktivində 1238 reytinq xalı var.
 
Bu mövsüm ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil etmiş digər klubumuzun - "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə sıralamada 606-cı pillədə qərarlaşıb. Onun reytinqi isə 937 xala bərabərdi.
 
Qeyd edək ki, "World Coach Ranking" son siyahını 2015-ci il dekabrın 28-də açıqlayıb. Bundan əvvəl açıqlanmış siyahıya görə, Qurbanov bir pillə irəliləyib, Qriqorçuk isə olduğu yerdə qalıb.
 
Ən yaxşı məşqçilərin sıralamasında ilk pilləni "Barselona"nın çalışdırıcısı Luis Enrike (18896 xal) "özəlləşdirib". İkincilik "Sevilya"da Unay Emeriyə (13198), üçüncü yer isə Xosep Qvardiolaya məxsusdu. "Bavariya"lının aktivində 13021 xal var.
Milli.Az


Tags:  Qurban Qurbanov 490-cı oldu

RƏYLƏR


Top news