Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib

Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib
22:08 2 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
Dondurucu soyuğa baxmayaraq, yeni ilin ikinci günü Belçikada minlərlə insan Şimal dənizinə girib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Ostend şəhərində 1987-ci ildən keçirilən Nieuwjaarsduik adlı mərasimə tamaşaçılarla bərabər təxminən 5 min nəfər qatılıb. Aralarında yaşlıların və uşaqların da olduğu insanlar 200 metr məsafədən yüyürərək dənizə giriblər. Kimi soyuğa dözməyərək tez sahilə qayıdıb, kimi də bir müddət suda qalıb.
Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir. İştirakçılar bununla həm də soyuğa meydan oxuduqlarını nümayiş etdirirlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belchikada_minlerle_insan_dondurucu_soyuqda_Simal_denizine_girib-915909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR