Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Astarada 28 yaşlı gənci öldürən sürrücü tutuldu - FOTO

Astarada 28 yaşlı gənci öldürən sürrücü tutuldu - FOTO

Date: 2 January 2016 22:32

Astaranın Siyavar kəndi ərazisində 28 yaşlı gənci vuraraq qaçan sürücü polis tərəfindən saxlanılıb.
Milli.Az "Report"a istinadən bildirir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Astara sakini Həsənov Zamin Zahir oğlunun ölümünə səbəb olan şəxs Şürük-Siyavar-Bazar marşrutu üzrə hərəkət edən 42-BK-492 dövlət nişanlı "Mercedes" markalı avtonəqliyyat vasitəsinin sürücüsüdür.
O, hadisə yerindən qaçsa da polis tərəfindən Lənkəran rayonunun ərazisində şübhəli şəxs qismində saxlanılıb.
Polisdən verilən məlumata görə, sürücü Lənkəranın Digah kəndinin sakini Cəfərov İzzət Qurban oğludur.
*** 21.35
Bakı. 2 yanvar. REPORT.AZ/ Astaranın Siyavar kəndi ərazisində bu axşam Lənkəran sakinini maşın vurub.
"Report"un məlumatına görə, Lənkəranın Şahağacı kəndinin sakini 1988-ci il təvəllüdlü Həsənov Zamin Zahir oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.  Şahidlərin sözlərinə görə, hadisəni törədən "Gazel" markalı maşın olub.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün Lənkəran Rayon mərkəzi xəstəxanasının morquna gətirilib.
Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Astara polisi tərəfindən araşdırma aparılır.
Milli.Az








Tags:  Astarada 28 yaşlı gənci öldürən sürrücü tutuldu FOTO


RƏYLƏR


Top news