Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib

Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib

Ronaldo “İlin ən yaxşı futbolçusu” seçildi - Portuqaliyada (21 Mart 2017 09:43)
Ronaldu vətənində “İlin ən yaxşı futbolçusu” seçildi (21 Mart 2017 09:42)
Kriştianu Ronaldo yenə birinci oldu (21 Mart 2017 03:54)

Tarix: 2 Yanvar 2016 22:34

İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar 2015-ci ildə Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib.

 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Neymar Avropada ilin ən yaxşı braziliyalı futbolçusuna təqdim edilən “Qızıl samba” mükafatına ardıcıl olaraq ikinci dəfə layiq görülüb.

 

Mükafatın sahibi braziliyalı jurnalistlər, ölkənin tanınmış keçmiş futbolçuları və internet istifadəçiləri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Səslərin 37,87 faizini toplayan Neymar Almaniyanın “Bavariya” klubunun hücumçusu Kosta Duqlası (13 faiz) və İtaliyanın “İnter” komandasının yarımmüdafiəçisi Felip Melonu (9,39 faiz) böyük üstünlüklə geridə qoyub.


Teqlər:  Braziliyanın Avropada futbolçusu seçilib



RƏYLƏR


Top xəbərlər