"Mançester Yunayted" futbolçusu üçün mövsüm bitdi

"Mançester Yunayted" futbolçusu üçün mövsüm bitdi
23:36 2 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Lyuk Şou üçün mövsüm erkən başa çatıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "qırmızı-şeytanlar"ın baş məşqçisi Lui van Qal xəbər verib.

Lui van Qal Şounun bərpasının uzunmüddətli olacağını qeyd edib. Bu məqsədlə məşqçi heyətə təcrübəli müdafiəçinin alınacağını bildirib. Çempionlar Liqasında PSV-yə qarşı matçda ayağı qırılan oyunçunun iki-üç aya yaşıl meydanlara qayıdacağı gözlənilir. "Mançester Yunayted"in sol cinah müdafiəçisi azarkeşlərə zədəsinin reabilitasiyası haqqında xəbər verib. Şou sağ ayağının PSV ilə qrup mərhələsində məğlub olduğu oyunda, rəqibin müdafiəçisi Ektor Moreno ilə toqquşması nəticəsində iki tərəfli sınmasından sonra artıq gəzdiyini və bəzi terminləri yerinə yetirdiyini bildirib.


Lui van Qal və Şou

Lyuk bu haqda sosial şəbəkədəki hesabında bunları yazıb: “Bayram üçün Londondakı evimizə qayıdıram. Ayaqlarım qaydasındadır. Ümid edirəm ki, milad bayramını çox yaxşı qeyd edəcəm”.

Mövsümə yaxşı start verən 20 yaşlı ingilis futbolçu mövsümün sonu yenidən doğma klubuna qoşulacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR