Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Astarada yolda faciə

Astarada yolda faciə

Date: 2 January 2016 23:52

Astarada piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yanvarın 2-də saat 21.00 radələrində  rayonun Şahağac kəndi ərazisində qeydə alınıb. Astaranın Şahağac kənd sakini, 1988-ci il təvəllüdlü Zamin Zahir  oğlu Həsənov yolu keçmək istəyərkən Lənkəran rayonunun Digah kənd sakini İzzət Qurban oğlu Cəfərovun idarə etdiyi "Mercedes" markalı, 42 BK 492 dövlət nömrə nişanlı mikroavtobus onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
 
Yol polisi əməkdaşları qəzanın baş verdiyi ərazini müayinə ediblər. İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
 
Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
 
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az


Tags:  Astarada yolda faciə


RƏYLƏR


Top news