İsraildə bara hücum edən şəxsin axtarışları davam edir

İsraildə bara hücum edən şəxsin axtarışları davam edir
00:02 3 Yanvar 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/Yanvarın 1-də İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən bara hücum edən şəxsin axtarışı davam etdirilir.
"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, çox sayıda insanın toplaşdığı bara girən şəxs azı 2 nəfəri qətlə yetirib, 7 nəfəri isə yaralayıb.
Ərazidəki dükanın təhlükəsizlik kamerasından görüntülərdə bel çantası ilə dükana daxil olan həmin şəxsin təmkinlə özünü alış-veriş edir kimi göstərdiyi görünür.
Polis hadisənin terror aktı olduğu versiyasını irəli sürüb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-srailde-bara-hucum-eden-sexsin-axtarislari-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR