Səudiyyə Ərəbistanının Məşhəd konsulluğu yandırılıb

Səudiyyə Ərəbistanının Məşhəd konsulluğu yandırılıb
00:47 3 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 yanvar. REPORT.AZ/ Şiə din xadimi Nimr ən-Nimrin edamına etiraz edən yüzlərlə Məşhəd sakini ötən axşam Səudiyyə Ərəbistanının konsulluq binasına hücum edib.
"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Səudiyyə Ərəbistanının bayrağını yerə salaraq binanın bir hissəsini yandırıblar. 
Paytaxt Tehranda da iranlı tələbələr Səudiyyə Ərəbistanın səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.       
Xatırladaq ki, ötən gün əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə “Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.


Xəbərin orijinal ünvanı: http://report.az/region/seudiyye-erebistaninin-meshed-konsullugu-yandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR