Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni dünyasını dəyişdi

Məşhur müğənni dünyasını dəyişdi

Date: 3 January 2016 01:36

Amerikanın “R'n'B” və caz ifaçısı, “Qremmi” mükafatlı dünya şöhrətli müğənni Natali Koul 65 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi cazmen Nat Kinq Koulun qızı olan Natali 2008-ci ildən “Hepatit C”daşıyıcısı olduğundan müalicə alırdı. Böyrək nəql olunan ifaçı ürək çatışmazlığından həyatını itirib.
 
N.Koul 1991-ci ildə atası ilə duetindən sonra daha çox bəyənilib. Onun "This Will Be (An Everlasting Love)", " Inseparable" ve "Our Love" kimi hitləri var.

Tags:  Məşhur müğənni dünyasını dəyişdi

RƏYLƏR


Top news