Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanından İrana etiraz

Səudiyyə Ərəbistanından İrana etiraz

Date: 3 January 2016 01:54

İranın Səudiyyə Ərəbistanındakı səfiri XİN-ə çağırılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, XİN-ə çağırılan səfirə etiraz notası təqdim edilib: “Nazirlik İranın səfirini çağıraraq İran tərəfinin Səudiyyə Ərəbistanının məhkəmə hakimiyyəti barəsində səsləndirdi aqressiv bəyanatlara görə etiraz notası təqdim edib”.   

 

Bundan əvvəl İran XİN-i  Səudiyyə Ərəbistanının Tehrandakı işlər müvəkkilini çağıraraq şiə din xadimi Nimr ən-Nimrin edam olunması ilə əlaqədar etirazını bildirib.

 

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb. 


Tags:  Səudiyyə Ərəbistanından İrana etiraz

RƏYLƏR


Top news