Çakır duet oxuyacaq

Çakır duet oxuyacaq
03:06 3 Yanvar 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış futbol hakimlərindən olan Cüneyt Çakır duet oxuyacaq.

ANS PRESS-in məlumatına görə, bu, xeyriyyə konserti çərçivəsində baş tutacaq.

Belə ki, fevralın 9-da "Ulduzların mahnısı uşaqların gələcəyi" adlı xeyriyyə kosertində FİFA referisi türkiyəli müğənni Feridun Düzağacla eyni səhnəni bölüşəcək. Onların birgə rok oxuacağı bildirilir. Bundan başqa "Başakşəhər"in baş məşqçisi Abdulla Avcı mahnı oxumaq təşəbbüsü ilə çıxış edib. Tanınmış simalar xeyriyyə konsetində səhnəyə çıxmaq üçün könüllü müraciət edirlər.


Bahattin Duran, Cuneyit Çakır və Tarık Ongun

2016-cı ildə keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək baş hakimlər sırasında Türkiyənin məşhur hakimi Cuneyt Çakır da yer alır. Cuneyt Çakır 2014-cü ildə keçirilən dünya çempionatında Bahaddin Duran və Tarık Ongün ilə qatılıb. UEFA-nın 6 hakimlik sistemində 5-ci Barış Şimşək və Hüseyin Göçek ilə qatılacağı güman edilir.



Keçən il dekabrın 12-də Avropa Çempionatının püşkatma mərasimi keçirilib. Azərbaycanlı futbol sevərlərin azərkeşlik etdiyi Türkiyə mıllisi D qrupunda mübarizə aparacaq. Türklər bu qrupda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR